Deyəsən, Azərbaycanda iri market şəbəkələrinin vitrində bir qiymət, kassada isə daha baha qiymət oxuması bir ənənə halını alıb. Hər halda ortadakı fakt bundan ibarətdir və belə görünür ki, aidiyyatı qurumların yetərsiz müdaxilələri və yaxud da ümumiyyətlə, müdaxilə etməmələri burada özbaşınalığı stimullaşdıran faktır kimi çıxş etməkdədir.
DİA.AZ bildirir ki, bu cür narazılıq yaradan market şəbəkələrindən biri və elə həm də birincisi "Araz" supermarketidir. Elə aşağıda təqdim edəcəyimiz şikayətdə də sözügedən marketdən danışılır...
"Şikayətim Var" sosial qrupunda Sevil Salahzadə adlı istifadəçi yazır: "Masazırda yerləşən "Araz" marketdə 2 ədəd "Alpengold oreo" şokoladı almışıg. Endirimdə 1.45 manat yazılıb.
Amma kassir 2.30 manat (endirimsiz qiymət) vurub. Bunlar nə vaxtadək belə edəcəklər? 2.30 manata şokolad olar? 1 "klyok" şirniyyat almısıg... 23.81 manat pul cıxıb..."
İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...